Konsultasiya al

Haqqımızda

STARTPM haqqında daha ətraflı məlumat və dəyərlərimiz.

STARTPM şirkətlərə layihələrin, proqramların və transformasiya təşəbbüslərinin daha effektiv idarəolunması üçün peşəkar konsaltinq xidmətləri təqdim edən layihə idarəetmə şirkətidir.

Komandamız müxtəlif sektorlarda həyata keçirilmiş iri həcmli layihələrin, proqramların vətransformasiya təşəbbüslərinin idarə olunmasında geniş təcrübəyə malik mütəxəssislərdən ibarətdir.

STARTPM-in əsas üstünlüyü nəzəri bilikdən daha çox praktik təcrübəyə əsaslanmasıdır.

Şirkətimizin layihə rəhbərləri 10 ildən artıq layihə və proqram idarəetmə təcrübəsinə malik olmaqlayanaşı, ümumi dəyəri 10 milyonlarla manat təşkil edən layihələrin idarə olunmasında iştirak etmişdir.

Biz inanırıq ki, uğurlu layihələr yalnız planlarla deyil, düzgün idarəetmə sistemi, effektiv hesabatlılıq,risklərin idarə olunması və maraqlı tərəflərlə peşəkar koordinasiya nəticəsində həyata keçirilir.

STARTPM təşkilatların layihə idarəetmə yetkinliyini artırmağa, strateji təşəbbüslərin uğurla icrasına vədavamlı biznes dəyərinin yaradılmasına dəstək göstərir.

Missiyamız

Şirkətlərin layihə və proqram idarəetmə imkanlarını inkişaf etdirmək, daha sistemli və nəticəyönümlü idarəetmə yanaşmalarının tətbiqinə dəstək olmaq.

Vizyonumuz

Regionun aparıcı layihə idarəetmə və transformasiya konsaltinq şirkətlərindən birinə çevrilmək.

Dəyərlərimiz

  • Peşəkarlıq
  • Etibarlılıq
  • Şəffaflıq
  • Nəticəyönümlülük
  • Davamlı inkişaf